Rusiyalı idmançı millimizdən qovuldu - ÖZƏL

Rusiyalı idmançı millimizdən qovuldu - ÖZƏL
18 Yan 2020 10:20


Velosiped millimizin üzvü Kirill Pozdnyakov yığmamızdan kənarlaşdırılıb.

realpress.az-ın xəbərinə görə, rusiyalı legionerin Azərbaycan çempionatı vaxtı qəbul etdiyi metilfenidat metaboliti dopinq tərkibli olduğu üçün ona AMADA-nın göndərişi əsasında WADA (Ümumdünya Anti-Dopinq Agentliyi) tərəfindən iki illik cəza verilib.

Bu səbəbdən idmançı 2021-ci ilin yanvarın 2-dək yarışmaq hüququndan məhrumdur. Bu isə o deməkdir ki, rusiyalı legionerimiz bu il heç bir turnirdə yarışa bilməyəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev isə saytımıza açıqlamasında bu xəbəri təsdiqləyib:

“O, bizdən maaş almır. Çünki dopinqə düşüb cəzalandırıldıqdan sonra yarışmır. Əgər yarışmırsa, ona niyə əlavə maaş verməliyik? Pozdnyakovun milliyə qayıtması söhbəti isə, ümumiyyətlə, müzakirə olunmur. Bu məsələ bizim üçün çoxdan bağlanıb. Yalnız cəzası başa çatdıqdan onun məsələsinə baxıla bilər”.

Xatırladaq ki, iki gün sonra 31 yaşını qeyd edəcək Kirill Pozdnyakov ilk dəfə 2015-ci ilin noyabrından Azərbaycanın “Synergy” klubunda çıxış etməyə başlayıb. 2017-ci ildən isə Azərbaycan pasportuna yiyələnərək millimizin üzvü olub.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.