KAMALƏDDİN QAFAROVU HƏDƏF SEÇİRLƏRSƏ... - Video

KAMALƏDDİN QAFAROVU HƏDƏF SEÇİRLƏRSƏ... - Video
20 Yan 2020 17:14

Azərbaycan Milli Məclisinin indiyə qədərki deputatlarını bir çox məsələlərdə ittiham etmək mümkündür. Amma onları işləməməkdə günahlandırmaq vicdansızlıq olardı.

Parlamentin qanunvericilik orqanı olduğunu nəzərə alsaq, Milli Məclisin işləyib-işləməməsini qəbul edilən hüquqi aktların sayı ilə müəyyənləşdirmək olar. Azərbaycan Milli Məclisi qanunvericilik kəmiyyəti baxımından bəlkə də dünyanın ən məhsuldar parlamentidir.

O başqa məsələdir ki, kəmiyyət məhsuldarlığı barədə dediyimiz sözləri keyfiyyətə şamil etmək o qədər də mümkün deyil. Bununla belə, Azərbaycan kimi Avropaya inteqrasiya edən dövlətlərdə əksər hallarda qanunlar yeni siyasi tendensiyalara uyğunlaşdırılır, deputatların fərqli mövqeyi bu inteqrasiya prosesinə qatqıdan çox əngəl yarada bilir. Bu mənada bizim durumumuzda olan ölkələr üçün bəzən kəmiyyətdəki məhsuldarlıq daha çox önəm daşıyır.

Azərbaycan deputatlarının öz fəaliyyətlərində ölkəyə verəcəkləri fayda həm də seçicilərinin sosial problemlərinin həllində oynadıqları rolla ölçülür. Zatən qanunvericilik prosesində alternativ layihələr ortaya qoymaq imkanları və yeri gələndə əslində heç zərurətləri də olmayan millət vəkillərinin xalqa qazandırdıqları yollar, bərpa edilən parklar, nə qədər insanın işlə təminatı kimi fərdi-insani təşəbbüsləri daha çox yadda qalır.

9 saylı Binəqədi seçki dairəsindən Milli Məclisə seçilmiş Kamaləddin Qafarov da belə deputatlardandır. Mənim bildiyimə görə, o, yalnız qanunvericilik aktlarının qəbul olunmasında digər həmkarları kimi çalışmaqla qalmayıb, həm də xeyli seçicisinə əl tutub. “Sağ əlin verdiyini sol əl bilməməlidir” məntiqindən hərəkətlə deputatın bunlar barədə danışmaq istəmədiyini nəzərə alıb, mən də onun həmin humanist addımları barədə danışmaq istəmirəm. Amma indi görürəm ki, alternativlərindən bəziləri Kəmaləddin Qafarovu deputat kimi fəaliyyətsizlikdə ittiham edir, onu debata çağırırlar. Sözsüz ki, deputatın belə xırda işlərlə məşğul olacağını düşünmürəm. Onun indi başı seçicilərə zaman ayırmağa, bir-bir ziyarətlərinə gedib dərdlərini dinləməyə qarışıb. Görünür, aranı xəlvət görənlər fürsətdən yararlanaraq bəylik etmək xülyasına düşüblər. Hər kəsin öz miqyasına görə fəaliyyət göstərdiyini nəzərə alsaq, bu da başadüşüləndir.

Bir də ki, adətən hər kəs özünü etalon şəxsiyyətlərlə müqayisə edir, onunla yarışır. 9 saylı Binəqədi Seçki Dairəsinin namizədləri də Kamaləddin Qafarovu hədəf seçirlərsə, deməli, məntiqlə onun favorit olduğunu etiraf edirlər.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

26 Apr 2024
Siyasət

İlham Əliyev Füzulidən Berlinə getdi - FOTO/VİDEO

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.

26 Apr 2024
Siyasət

Azərbaycan və Qazaxıstan birgə hərbi təlimlər keçirəcəklər - FOTO/VİDEO

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini - Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.