Yaponiyada 3,6 düym ekrana malik çox yığcam smartfon təqdim edilib

Yaponiyada 3,6 düym ekrana malik çox yığcam smartfon təqdim edilib
24 Yan 2020 17:17

Müasir smartfonların özəlliyi böyük ekrana malik olmalarıdır, amma bəzi istehsalçılar trendlərə uyğun gəlməyən yeni modellər çıxarmağa davam edirlər. Yaponiyanın “Rakuten Mobile” şirkəti “Rakuten Mini” adlı yığcam model təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, kiçikölçülü cihaz 1280x720 piksel təsvir ölçülü 3,6 düym diaqonallı ekranla təchiz edilib. Modelin korpusunun ölçüləri 106,2x53,4x8,6 mm, smartfonun çəkisi 79 qr-dır. Yeni model “Qualcomm Snapdragon 439” prosessoru, 3 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşa malikdir.

 

Aparat 1250 milliamper/saat tutumlu akkumulyator, 16 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib. Model SİM kart üçün ənənəvi slotla təchiz edilməyib, istehsalçı “eSIM” çipindən istifadə edib.

 

Qara, ağ və qırmızı rəngli korpuslarda əlçatan olan “Rakuten Mini” smartfonu artıq Yaponiya ərazisində 199 dollara satışa çıxarılıb.

Realpress.az


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.