Koronavirus Avropaya keçdi – İlk yoluxanlar var

Koronavirus Avropaya keçdi – İlk yoluxanlar var
25 Yan 2020 16:03


Avropada koronavirusun yeni növünə ilk tutulanlar müəyyən edilib. Fransa Səhiyyə Nazirliyi Parisdə və Bordoda iki yoluxma halını təsdiqləyib və yoluxmuş şəxslərin sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Məlumata əsasən, Bordodan olan xəstə (mənşəcə çinli) bu yaxınlarda Çində olub və Uxan şəhərinə də gedib. Fransaya qayıtdıqdan sonra onlarla insanla ünsiyyətdə olub. Parisli xəstə haqqında isə informasiya yoxdur.

Bir müddət əvvəl isə iki nəfər bu diaqnozla ABŞ-da xəstəxanaya yerləşdirilib və bir yoluxma hadisəsi də Nepalda qeydə alınıb.

Xatırladaq ki, 2019-cu il 31 dekabrda Çin hökuməti Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin başlandığını açıqlayıb. Yanvar ayında xəstəliyin törədicisinin yeni koronavirus növü olduğu məlum olub.

Çində ən yüksək reaksiya səviyyəsi elan edilib. Sətəlcəm xəstələrinin sayı 830 nəfərə çatıb, 20-dən artıq insan dünyasını dəyişib. Cümə axşamından Uxanla aviasiya, dəmir yolu və digər nəqliyyat əlaqələri dayandırılıb. Vilayətin digər şəhərlərinin də giriş və çıxışları bağlanıb. Uxanda klinika-laboratoriya tikilir və tibb işçilərinə kömək etmək üçün ordu cəlb edilib.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.