Antarktidanın buzlu sularında üzərək yeni rekorda imza atdı - VİDEO

Antarktidanın buzlu sularında üzərək yeni rekorda imza atdı - VİDEO
27 Yan 2020 16:55


Britaniyalı üzgüçü Antarktidanın buzlu sularında yeni rekorda imza atıb.

REN TV məlumat verir ki, Lyuis Pyu 10 dəqiqə 17 saniyə buzlaqların ərimiş sularında üzməklə yeni rekorda imza atıb.

Beləliklə, o, xüsusi üzgüçü kostyumu olmadan Antarktida sularında ən uzun müddət qalmağı bacaran ilk şəxs olub.

Qeyd olunur ki, rekordun qeydə alındığı zaman havanın temperaturu mənfi 20 dərəcə olub. Üzgüçü etiraf edib ki, suda olan zaman məsafəni sona çatdıra bilməyəcəyini düşünüb.

L.Pyu bu hərəkəti ilə dünya ictimaiyyətinin diqqətini Antarktida buzlaqlarının əriməsinə cəlb etmək istədiyini söyləyib.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.