Bakıda koronavirusa görə insanlardan pul yığılır - hər evdən 3 AZN - VİDEO

Bakıda koronavirusa görə insanlardan pul yığılır - hər evdən 3 AZN - VİDEO
18 Fev 2020 17:22

ARB TV-nin “Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb.

Sakin: “1 nəfər oğlan idi. Qapını açmadıq, amma dedi ki, epidemiologiyadan gəlmişəm”.

Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub. Naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edir. Bu pul müqabilində onların mənzillərini virusa qarşı dezinfeksiya edəcəklərini bildirirlər.

Sakin: “Hər evdən 3 manat yığırıq, dərman almaq üçün”, - dedi. Qoruyucu geyimdə idi oğlan, əlindəki alətlə ətrafa dərman səpələyirdi. Sonra çıxdı getdi”.

Sakin: “Qurd yox, quş yox, ağcaqanad yox. İndi niyə edirsən? Dedi bizə göstəriş veriblər. Soruşduq göstərişi kim verib, cavab vermədi. Amma qabağında belə vizitka kimi bir şey var idi, qırmızı rəngdə paltarı var idi. Birinin də ağzında maska var idi. Dedilər hər evdən 3 manat yığırıq, ver. Aldı 3 manatı məndən, getdi”.

Ziyəddin Kazımov – GEM – şöbə müdiri: “Kifayət qədər özəl sektora mənsub olan belə dezinfeksiyaedici şöbələr mövcuddur. Hansı ki, bunlar ayrı-ayrı fiziki şəxslərə aiddir. Bunlar ancaq bağlanmış müqavilə əsasında xidmət göstərə bilər. Müqviləsiz hansısa qapını döyüb "biz dezinfeksiya işi aparmağa gəlmişik" deyə bilməz, icazəsi yoxdur”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, hazırda onlara hər hansı bir tapşırıq verilməyib. Yalnız müraciət olduğu halda dezinfeksiya işləri aparıla bilər.

Ziyəddin Kazımov – GEM – şöbə müdiri: “Ayrı-ayrı evlərdən rəsmi qaydada müraciət əsasında ödənişli xidmət göstərilir. Təsərrüfat hesabına işləyən idarədir. Onlar da bu müqavilə əsasında xidmət göstərə bilərlər”.

Vətəndaşlara tövsiyə olunur ki, gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini tələb etsin. Eyni zamanda sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.

Realpress.az


26 Apr 2024
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.

26 Apr 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

26 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

26 Apr 2024
Cəmiyyət

Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.