MSK Ağdaş seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələrini ləğv etdi

MSK Ağdaş seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələrini ləğv etdi
19 Fev 2020 17:30

Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə iki məntəqədə seçkilərin nəticələrini ləğv edib.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, MSK üzvü Qabil Orucov bildirib ki, Ağdaş seçki dairəsi üzrə daxil olan müraciətdə həmin dairə üzrə səsvermə zamanı pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.

Q.Orucovun sözlərinə əsasən, araşdırma zamanı yalnız 6 və 7 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar qeyd olunub. Q.Orucov həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.


7 May 2024
Siyasət

Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib.

7 May 2024
Siyasət

Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bolqarıstan Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

7 May 2024
Siyasət

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.

7 May 2024
Siyasət

Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb.

7 May 2024
Siyasət

Azərbaycan Prezidentinin adından Slovakiya baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib.