Bakıda bitki yağının kərə yağı kimi qablaşdırıldığı anbar aşklarlandı

Bakıda bitki yağının kərə yağı kimi qablaşdırıldığı anbar aşklarlandı
12 Mar 2020 13:03

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 7-ci döngə ünvanında yerləşən anbarda reyd keçirib.

Realpress.az-n Trend-ə verilən məlumata görə, reyd zamanı “LV Standart” MMC tərəfindən idxal olunan “Goldenline” əmtəə nişanlı bitki-kərə spredlərinin Yaqubov Natiq Şaqaim oğlu tərəfindən 800 qram və 1 kq-lıq hissələrə bölünərək “Goldenline” slivoçnoe əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkar edilib.

Eyni zamanda yağların üzərində istehlak xüsusiyyətinin öz əksini tapmadığı və qablaşdırılan yağların üzərində bitki yağı olması ilə bağlı heç bir məlumatın yazılmadığı müəyyən edilib.

Anbarda xammal kimi 670 kq, “Goldenline” əmtəə nişanı adı altında etiketlənərək kərə yağı kimi qablaşdırılan 315 kq yağ müəyyən edilib. Məhsullardan götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitunun müvafiq labortoriyalarına təqdim olunub.


31 Mar 2020
İqtisadiyyat

Neft bahalaşdı

Dünya birjasında “Brent” markalı neftin 2020-ci ilin may ayının fyuçerslərinin qiyməti artaraq, bir barel üçün 23,04 dollar təşkil edib.

30 Mar 2020
İqtisadiyyat

"Brent" markalı neftin qiyməti aşağı düşüb

"Brent" markalı neftin qiyməti 7,92 faiz aşağı düşüb.

26 Mar 2020
İqtisadiyyat

Azərbaycanda bəzi məmulatlar gömrük rüsumlarından azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

23 Mar 2020
İqtisadiyyat

Türkiyədə küçəyə çıxan yaşlı cütlük 6 min cərimələndi

Türkiyədə 65 yaş qadağasına əsasən cəzalanan ilk şəxslər almaniyalı cütlük olub.

23 Mar 2020
İqtisadiyyat

“MƏK-AN” MMM-dən koronavirusla mübarizə fonduna 300 000 manat dəstək

1999-cu ildən fəaliyyət göstərən, ölkəmizin aparıcı tikinti, memarlıq, layihələndirmə şirkətlərindən biri “MƏK-AN” MMM korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.