Bu il ən çox saxtalaşdırılan smartfon açıqlanıb

Bu il ən çox saxtalaşdırılan smartfon açıqlanıb
13 Mar 2020 10:46

“Master Lu” bençmarkında (müqayisə bazası) sınaqdan keçirilən saxta qurğuların yenilənmiş reytinqi dərc edilib.

  2020-ci ilin martına olan vəziyyətə görə, yeni “antireytinq” lideri ötən il ikinci yeri tutan “Apple iPhone 8” smartfonu olub. Siyahının ikinci pilləsində “Samsung Galaxy W2018” modeli qərarlaşıb. Liderlər üçlüyünü “Galaxy W2019” smartfonu tamamlayıb. Beşliyə, həmçinin saxta “Apple iPhone XS Max” və “Samsung Galaxy S10 ” daxildir. İlk onluğun sonuncu mövqelərində “HONOR 9”, “Samsung Galaxy S8 ”, “OnePlus 7 Pro”, “Xiaomi Mi6” və “Samsung Galaxy S8” yer alıb.

 

Faiz nisbətində “Apple” qurğuları müqayisəli bazada bütün qeydə alınanların 29,54 faizini təşkil edib. Bu göstərici üzrə “Samsung” şirkətinin payı 26,44 faiz, “Xiaomi” və “HONOR” istehsalçılarının isə müvafiq olaraq 9,83 və 6,10 faizə bərabər olub. Həmçinin bençmark yaradıcıları tərəfindən məşhur modellərin saxtalarının texniki göstəricilərini əks etdirən müqayisəli siyahısı tərtib edilib: 720p təsvir ölçülü ekran, “MediaTek MT6589” prosessoru və “Mali-400 MP” qrafikası. Populyar qurğuların saxtalarına ən çox tələbat Çinin Şençjen, Quançjou və Pekin şəhərlərinin sakinləri arasındadır


19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.