Muxtar respublikanın Sədərək rayonunda yeni lavaş sexi fəaliyyətə başlayıb

Muxtar respublikanın Sədərək rayonunda yeni lavaş sexi fəaliyyətə başlayıb
13 Mar 2020 12:03

Sədərək” Taxıl Məhsulları Emalı Müəssisəsində müasir qurğularla təchiz edilmiş və günün tələbləri səviyyəsində qurulan lavaş sexi istifadəyə verilib. Gündəlik 20 kisə istehsal gücünə malik sexdə, işçilər üçün hərtərəfli əmək şəraiti yaradılıb, bütün zəruri texniki avadanlıqlar quraşdırılıb. Eyni zamanda müəssisənin ətrafında səliqə-sahman yaradılıb, yeni meyvə tingləri əkilib. Yeni istifadəyə verilən sexdə 4 nəfər işlə təmin edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Realpress.az-n  Naxçıvan bürosuna bildirilib ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov muxtar respublikada geniş vüsət alan tikinti-quruculuq işlərinin bu rayonu da əhatə etdiyini, yeni emal müəssisələri və digər infrastruktur sahələrinin tikilərək istifadəyə verildiyini bildirib. İcra başçısı taxıl emalı müəssisəsinin və yeni açılan sexin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, yeni müəssisələrin açılması rayon əhalisinin məşğulluğunun təmin edilməsi baxımından da mühüm rol oynayır.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əmək resurslarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Muxtar respublikanın əmək bazarı müntəzəm olaraq təhlil olunur və nəticələrə əsasən zəruri tədbirlər həyata keçirilir. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Sonra Sədərək Rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov və sahibkar Fuad Qədimov çıxış edərək yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra tədbir iştirakçıları müəssisənin ərazisini gəzib, iş prosesi ilə tanış olublar.

Qeyd edək ki, Sədərək rayonunda taxılçılığa maraq ilbəil artır, hər il bol məhsul istehsal olunur. Həmçinin rayonda tədarük olunan taxılın qəbulu və emalı üçün də ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən “Sədərək” Taxıl Məhsulları Emalı Müəssisəsi də öz fəaliyyəti ilə rayonda taxılçılığın inkişafına xidmət edir. Gündəlik istehsal gücü 10 ton olan müəssisə emal bölməsindən, 2 anbardan və 3 iş otağından ibarətdir. Cari ilin əvvəlində emal müəssisəsində fəaliyyəti təkmilləşdirmək və istehsal olunan məhsulun keyfiyyətini artırmaq üçün Türkiyə istehsalı olan yeni avadanlıqlar quraşdırılıb. Hazırda burada birinci və ikinci növ un, o cümlədən kəpək istehsal olunur. Müəssisənin xidmətindən Sədərəklə yanaşı, Şərur rayonunun yaxın kəndlərinin taxıl istehsalçıları da istifadə edirlər.


6 Apr 2020
Hərbi

Dövlət Xidməti: “Çağırışçıların təyin olunduğu xidmət yerləri barədə məlumat veriləcək”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib.

6 Apr 2020
Hərbi

Dağlıq Qarabağda erməni hərbçisi yaralandı

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində erməni hərbçisi yaralanıb.

5 Apr 2020
Hərbi

Cəbhədə pulemyotlar işə düşdü, atəşkəs pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. 

3 Apr 2020
Hərbi

65 yaşdan yuxarı şəxslər SMS-lə icazə alıb, evi tərk edə bilərlər? - RƏSMİ

“Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejimi ilə bağlı qəbul etdiyi bütün qərarlar qüvvədədir”.

3 Apr 2020
Hərbi

Ermənilərin Qazaxda törətdiyi təxribatın qarşısı alındı

Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.