Azərbaycan Mərkəzi Bankı vətəndaşları onlayn qəbul edəcək

Azərbaycan Mərkəzi Bankı vətəndaşları onlayn qəbul edəcək
17 Mar 2020 14:54

Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus(COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə martın 16-da verilmiş tapşırıqlar nəzərə alınmaqla Azərbaycan Mərkəzi Bankında (AMB) vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

AMB-dən Trend-ə verilən məlumata görə, AMB-nin inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilmiş, operatorların sayı artırılmış, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilmiş, “Skype” proqramı vasitəsilə onlayn rejimində videoqəbul təşkil olunub.

Bununla əlaqədar vətəndaşlardan aşağıdakıların nəzərə alınması xahiş olunur:

- Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə “Elektron müraciətlər sistemi” (https://contact.e-cbar.az/) vasitəsilə həyata keçirilir.

- Yazılı müraciətlər AMB-də quraşdırılmış məktublar qutusuna atıla bilər;

- Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması (012) 493-50-58 nömrəli qaynar xətt və (012) 493-11-22 nömrəli adi telefon vasitəsilə həyata keçirilir.

- Vətəndaşların “Skype” proqramı üzərindən cbar@cbar.az elektron ünvana zəng etməklə videoqəbulu həyata keçirilir.


31 Mar 2020
İqtisadiyyat

Neft bahalaşdı

Dünya birjasında “Brent” markalı neftin 2020-ci ilin may ayının fyuçerslərinin qiyməti artaraq, bir barel üçün 23,04 dollar təşkil edib.

30 Mar 2020
İqtisadiyyat

"Brent" markalı neftin qiyməti aşağı düşüb

"Brent" markalı neftin qiyməti 7,92 faiz aşağı düşüb.

26 Mar 2020
İqtisadiyyat

Azərbaycanda bəzi məmulatlar gömrük rüsumlarından azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

23 Mar 2020
İqtisadiyyat

Türkiyədə küçəyə çıxan yaşlı cütlük 6 min cərimələndi

Türkiyədə 65 yaş qadağasına əsasən cəzalanan ilk şəxslər almaniyalı cütlük olub.

23 Mar 2020
İqtisadiyyat

“MƏK-AN” MMM-dən koronavirusla mübarizə fonduna 300 000 manat dəstək

1999-cu ildən fəaliyyət göstərən, ölkəmizin aparıcı tikinti, memarlıq, layihələndirmə şirkətlərindən biri “MƏK-AN” MMM korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.