AMEA: “Azərbaycanda pandemik şərait müşahidə olunmur”

AMEA: “Azərbaycanda pandemik şərait müşahidə olunmur”
19 Mar 2020 12:25

“Hər gün minlərlə insan öldürücü virusa yoluxur, yüzlərlə xəstə isə həyatını itirir”.

realpress.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İradə Hüseynova deyib.

İ.Hüseynovanın sözlərinə görə, dünyanın artıq 162 ölkəsində qeydə alınmış koronavirus öz coğrafiyasını durmadan genişləndirməkdədir. Bu virus insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, dünya iqtisadiyyatını da böyük bir təhlükəyə sürükləməkdədir.

“Təqribi hesablamalara görə, son 2,5 ay ərzində dünya iqtisadiyyatı 5 trilyon dollardan çox itkiyə məruz qalıb və bu itki günbəgün böyüyür. İnsanın inanmağı da gəlmir ki, bütün bunların səbəbkarı mikroskopik varlıqlardır. Həmin varlıqlar, onların növləri və təkamülü, törətdikləri kütləvi epidemiya və pandemiyalar bu gün çox ciddi problemlərə səbəb olur”.

İ.Hüseynova koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şəraitin müşahidə olunmadığını da qeyd edib:

“Dünya iqtisadiyyatının əksər sahələri, xüsusilə turizm sektoru, beynəlxalq ticarət, yanacaq sənayesi, digər sahələr iflic vəziyyətinə düşməkdə, fond birjaları çökməkdədir. Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur.

Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.

Bu gün əsas məsələ panikaya qapılmamaq, boş və heç bir əsası olmayan dezinformasiyalara inanmamaqdır. Bu mövzuda əhali arasında maarifləndirmə işləri daha da gücləndirilməlidir”.


6 Apr 2020
Səhiyyə - Sağlamlıq

Aptekonline.az xidməti artıq 2225 sifarişi uğurla yerinə yetirmiş və ünvanlara çatdırmışdır

Mühüm bir vaxtda, ölkə sakinlərinin dadına çatan aptekonline.az xidmətinin mobil tətbiqində qeydiyyatdan keçməyə tələsin.

6 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda həkimləri koronavirusdan qorumaq üçün “üz sipəri”nin istehsalına başlanıldı

Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

6 Apr 2020
Səhiyyə - Sağlamlıq

Mütəxəssis: “Bəşəriyyəti yüzlərlə yeni virus təhlükəsi gözləyə bilər”

Heyvanların bədənində gələcəkdə insanlara keçə biləcək yüzlərlə virus yaşayır.

6 Apr 2020
Səhiyyə - Sağlamlıq

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 1 274 199 nəfərdir.