Belə ki, artıq gecə yarısından etibarən insanların sıx toplaşdığı sosial-mədəni obyektlər, iri ticarət mərkəzləri, o cümlədən, “Mall”ların fəaliyyəti bir ay müddətə tamamilə dayandırılıb.
Baku TV-nin əməkdaşları “28 May” metrostansiyasının çıxışında yerləşən “28 Mall”un qarşısında müşahidələr aparıb.
Buradakı alış-veriş mərkəzləri, kafe və restoranlar insanların istifadəsi üçün tamamilə məhdudlaşdırılıb. Yalnız aptek və ərzaq mağazası fəaliyyət göstərir ki, insanlar bu xidmətlərdən çox rahat şəkildə istifadə edə bilərlər.
“Mall”un girəcəyində olan təhlükəsizlik əməkdaşları buraya üz tutanları aptek və ərzaq mağazasından istifadə etmədiyi təqdirdə girişə icazə vermir.
Azərbaycanda koronavirus yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən, hər bir vətəndaşlar şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.
Bütün vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.
Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun icraçı direktoru Elvin Hüseynov qazilərlə görüş keçirib. Həmin görüşdə Boccia İdman Federasiyasının Baş katibi və Arabaçı Əlillər şəbəkəsinin sədri, qazi İlham Məhərrəmov, Boccia İdman Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Kazımova, qazi Əvəz Aslanov, ehtiyyatda olan zabit, Azərbaycan Qarabağ qaziləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Sabunçu rayon şöbəsinin sədri qazi Zülfüqar Cəfərov, qazi Rey Qasımov iştirak edib.