realpress.az xəbər verir ki, Rusiya hökuməti sabahdan etibarən digər ölkələrlə hava nəqliyyatını dayandırmaq barədə qərar verib.
Dünya şöhrətli şahmatçıların və rəsmilərin evlərinə qayıda bilməsi üçün FIDE yeddi turun nəticələrini etibarlı hesab etməklə yarışı dayandırıb. Yarış daha sonra VIII turdan etibarən davam etdiriləcək. Bunun üçün yeni tarix daha sonra müəyyənləşdiriləcək.
Qeyd edək ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov daha əvvəl koronavirus səbəbindən bu turnirdə iştirak etməkdən imtina edib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransı keçirib.
“Bu gün Gürcüstan, Türkiyə, Azərbaycanla üçtərəfli iş birliyi barədə danışdıq”.
Yunanıstanda Elasson bölgəsindən 21 kilometr cənub-qərb istiqamətində 5,9 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, təkanın ocağı 2 kilimetr dərinlikdə yerləşib. Zəlzələ Larisdə, Afinada və Salonikdə hiss edilib. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.