Azərbaycanın Türkiyədəki səfirliyi həmvətənlərimizin vəziyyəti ilə bağlı məlumat yaydı

Azərbaycanın Türkiyədəki səfirliyi həmvətənlərimizin vəziyyəti ilə bağlı məlumat yaydı
30 Mar 2020 10:52

Azərbaycanın Türkiyədəki səfirliyi bölgədə koronavirus pandemiyası başlayandan bəri dövlət siyasətinin bir hissəsi kimi ölkə vətəndaşlarına mümkün dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə səfirliyin yaydığı məlumatda qeyd olunub:

“Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən olunduğu kimi ilk növbədə, xüsusi ehtiyac duyan vətəndaşlarımızın ölkəmizə geri qayıtmasının təmin edilməsi daxil olmaqla, müvafiq tibbi ləvazimatların əldə edilməsi, təcrübə mübadiləsinin aparılması, Türkiyə daxilində vətəndaşlarımız üçün inzibati və lojistik məsələlərin həlli və digər istiqamətlərdə son iki həftədə gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərib. 

Eyni zamanda, Türkiyəyə girişləri qadağan olan ölkələrdən gələn 28 azərbaycanlının Bolqarıstan-Türkiyə sərhədindən keçməsinə imkan yaradılıb, daha sonra neytral zonada qalan 14 vətəndaşımızdan 11-i Bolqarıstana keçib, sərhəddə qalan digər üç vətəndaşımızın isə Türkiyəyə keçidini təmin etmək üçün iki həftədir bütün rəsmi diplomatik kanallarla təmaslar saxlanılıb.

Bu gün həmin üç azərbaycanlının Türkiyə ərazisində iki gün karantində qalmaq şərtilə xarici vətəndaşlar üçün tam bağlı olan sərhədi keçməsi təmin edilib.

Bunun üçün biz Türkiyə hökumətinə, xüsusilə də Türkiyə Xarici İşlər Nazirliyinə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda qeyd edilir ki, Azərbaycanın Türkiyədəki səfirliyi tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək, ölkə vətəndaşlarının üzləşdiyi məsələlərin konsulluq yardımı müstəvisində həllinə dəstək verməkdə davam edir”.

1 May 2024
Cəmiyyət

Ötən ay azad edilmiş ərazilərdə 332 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.

1 May 2024
Cəmiyyət

Bu gündən ibtidai siniflərdə tətil başlayır

Bu gündən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə yaz tətili başlayır.

1 May 2024
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

1 May 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1 May 2024
Cəmiyyət

25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 25-ci ildönümü münasibətilə “N” hərbi hissəsində keçirilən təntənəli mərasimdə iştirak edib.