Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ + VİDEO

Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ + VİDEO
03 Apr 2020 13:56

“Vətəndaşlar icazə verilən iki saat müddətində yaşadıqları şəhər və rayonun istənilən yerinə icazə aldıqları iş üçün gedə bilərlər. Əgər vətəndaş Yasamalda yaşayırsa, aptekə getmək istəyirsə, icazə üçün verilən bu müddət ərzində Bakının digər rayonlarındakı aptekə də gedə bilər”.

realpress.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.

O, icazə müddətində vətəndaşların nəqliyyatdan istifadəsindən də danışıb:

“Fəaliyyətinə icazə verilən qurumlar əməkdaşları barədə məlumatı sistemə qeyd edən zaman onların nəqliyyat vasitələri barədə məlumatları da göstərirlər. Həm fəaliyyətinə icazə verilən qurumların əməkdaşları, həm də vətəndaşlar öz şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər. Burada əsas məsələ həmin şəxsin icazəsi olmasıdır.

Eyni zamanda, bir avtomobillə bir neçə ailə üzvü gedəcəksə, hər biri üçün ayrı-ayrılıqda icazə alınmalıdır. Əgər alınmasa, bu, karantin rejiminin qaydalarının pozulması sayılacaq”.

C.Salmanov əlavə edib ki, aidiyyəti qurumların istənilən nəqliyyat vasitəsini dayandırıb yoxlamaq hüquqi var:

“Bütün hallarda yoxlanıla bilər, bu zaman icazəsi olmayan şəxslər avtomobildə olarsa, karantin rejimini pozmasına görə cərimələnəcək”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.