Karantinlə bağlı zarafatlar acı həqiqət oldu, BMT açıqlama yaydı

Karantinlə bağlı zarafatlar acı həqiqət oldu, BMT açıqlama yaydı
06 Apr 2020 11:27

Türkiyə, ABŞ və Fransada karantin müddətində qadına qarşı şiddət halları artıb.

 bunu BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib.

Baş katibin açıqlamasında COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi və sosial problemlərin, həmçinin məhdudiyyətlərin dünyada məişət zorakılığının artmasına gətirib çıxardığı bildirilib:

“Son bir neçə həftə ərzində bəzi ölkələrdə karantin səbəbindən zorakılığa məruz qalan və kömək istəyən qadınların sayı iki dəfə artıb”.

O, hökumətləri bu müddətdə qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb.

Baş katib şiddətə məruz qalan qadınların yerləşə biləcəyi sığınacaqları açıq saxlamağa, həmçinin zorakılıq edənlərə qarşı hüquqi prosedurlara başlamağa səsləyib.

Məlumatda həmçinin, Hindistan, Cənubi Afrika və Avstraliyada ailədaxili münaqişələrin və şiddət hallarının artdığı vurğulanıb.

Qeyd edək ki, özünütəcrid rejimində evdə qalmağın münaqişələrə səbəb olacağı barədə sosial şəbəkələrdə ilk gündən zarafatlar edilir, karikaturalar paylaşılırdı. Boşanmaların sayının artması və BMT-nin qadına qarşı zorakılıqla bağlı bəyanatı bu zarafatların acı həqiqətə çevrildiyini göstərir.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.