Deputatlar Elman Rüstəmovla bağlı məsələni səsə qoyacaqlar

Deputatlar Elman Rüstəmovla bağlı məsələni səsə qoyacaqlar
06 Apr 2020 13:03

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar məsələ parlamentin müzakirəsinə çıxarılacaq.

realpress.az-ın məlumatına görə, Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin aprelin 9-da keçiriləcək iclasının gündəliyinə salınıb.

Qanunvericiliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vəzifəyə beş il müddətinə təyin edilirlər.

Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri də beş il müddətinə vəzifəyə təyin olunurlar.

Qeyd edək ki, Elman Rüstəmov axırıncı dəfə Milli Məclisin 2015-ci ilin 3 aprelində keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təsdiq edilmişdi.

Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevdir. Baş bankir Elman Rüstəmovun müavinləri isə Vadim Xubanov və Aftandil Babayevdir.

Onlar 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri seçiliblər.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.