Nazirdən işsiz statusu olan şəxslərə ŞAD XƏBƏR - VİDEO

Nazirdən işsiz statusu olan şəxslərə ŞAD XƏBƏR - VİDEO
07 Apr 2020 19:26

“İşsiz şəxslərin məşğulluğunun təmin edilməsi üçün ödənişli iş yerlərinin sayı 50 min artırılır. Bakı, Gəncə, Sumqayıt, digər şəhərlər və rayonlar üzrə bölgü müəyyən edilib. Gələn həftədən etibarən bu şəxslərin 50 min iş yerinə cəlb edilməsi prosesinə başlanılacaq”.

realpress.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, məşğulluq altsistemində işsiz statusu almış şəxslərə yaşayış minimumu, yəni 190 AZN məbləğində ödəmənin həyata keçirilməsi nəzərdə tutulur:

“Bu tədbirlər işsiz olan, eləcə də pandemiya nəticəsində iş yerini itirərək, işsiz statusuna düşən şəxslərin müdafiəsinə yönəlib. Özünüməşğulluq proqramının icrasına başlanılıb. Üç minə yaxın insan təlimlərdən keçərək, layihəyə cəlb edilib”.

“Bu il ən azı 11 min insanı özünüməşğulluq proqramı ilə əhatə etməyə çalışacağıq”, - deyə nazir qeyd edib.


26 Apr 2024
Siyasət

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.

26 Apr 2024
Siyasət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”

“Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir”.

26 Apr 2024
Siyasət

Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.