Büdcədə gəlirlər proqnozu bir milyard manatdan çox üstələdi - HESABAT

Büdcədə gəlirlər proqnozu bir milyard manatdan çox üstələdi - HESABAT
16 May 2020 10:47


2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib.

realpress.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda bildirilib.

Belə ki, müvafiq dövr üçün dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat məbləğində proqnozlaşdırılıb.

Lakin faktiki olaraq, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon 100 min manat təşkil edib.

Bu, proqnozla müqayisədə 1 milyard 50 milyon 100 min manat çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 7 milyard 672 milyon 300 min manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 milyard 408 milyon 600 min manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşüb.

Gəlirlərin 11 milyard 364 milyon 300 min manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin hesabına formalaşıb.

2019-cu il dövlət büdcəsinin xərcləri isə proqnozlaşdırılandan aşağı olub.

Belə ki, ötən il üçün dövlət büdcəsinin xərcləri 25 milyard 190 milyon manat proqnoza qarşı 24 milyard 425 milyon 900 min manat təşkil edib.


22 May 2020
İqtisadiyyat

SOCAR Tümendə tibb işçilərinə yardım edib - FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - Rusiyanın Tümen vilayətində yerləşən Antipino Neft Emalı Zavodunun səhmdarı olan “SOCAR Enerqoresurs” şirkəti pandemiya ilə mübarizə aparan tibb işçilərinə yardım edib.

22 May 2020
İqtisadiyyat

Azərbaycan-Türkiyə sazişi: Güzəşt və üstünlük siyahısına düşən mallar

Azərbaycan Türkiyə ilə Preferensial Ticarət Sazişinə əsasən, 15 mal qrupu üzrə hər iki ölkə arasında kvota müəyyənləşir. Eyni zamanda, 15 mal qrupu üzrə rüsumun sıfıra endirilməsi nəzərdə tutulur.

22 May 2020
İqtisadiyyat

Azərbaycanla Türkiyə arasında MÜHÜM SƏNƏD – Rüsumlar sıfıra endiriləcək

2019-cu ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur.

21 May 2020
İqtisadiyyat

Küçələri zəbt edib, maşınları cızmaqla hədələyənlər kimlərdir? - VİDEO

Bakıda hər tinbaşı bir nəfər əlində dəyənək və ya ona bənzər əşya ilə parkinqə nəzarət edir.

20 May 2020
İqtisadiyyat

Azərbaycana pandemiya dövründə qızıl və gümüş ixracından nə qədər vəsait daxil olub? - RƏSMİ

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karonavirus pandemiyası dönəmində bütün sahələr üzrə fəaliyyətini Nazirlər Kabineti yanında operativ qərargahın qərar və təlimatlarına uyğun qaydada, fasiləsiz olaraq davam etdirir. Hasilat, geoloji kəşfiyyat, inşaat eləcə də, digər fəaliyyət sahələrində işlər plana uyğun, tam qrafik üzrə icra edilir”.