ABŞ ştatında 28 May - Azərbaycan Respublika Günü elan olundu

ABŞ ştatında 28 May - Azərbaycan Respublika Günü elan olundu
22 May 2020 09:47


Florida ştatının Hallandeyl şəhərinin meri Coy Kuper 2020-ci il mayın 28-nin Azərbaycan Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.

Məlumatda bildirilir ki, Mer C.Kuper digər rəsmilərlə birlikdə sakinlərlə mayın 20-də keçirdiyi virtual görüşdə Bəyannaməni Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təsisçisi və prezidenti, soydaşımız Töhfə Eminovaya təqdim edib və təşəbbüsü üçün ona təşəkkürünü bildirib. Görüş zamanı mer Kuper bəyannaməni izləyicilərin diqqətinə çatdırıb.

Bəyannamədə ABŞ-da yaşayan azərbaycanlıların Floridada yüksək fəallığı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfələri, 2006-cı il oktyabrın 26-da təsis edilmiş Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolu qeyd edilib.

Eyni zamanda, mətndə Azərbaycanın universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olduğu və ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı yazılır.

C.Kuper hər il 40 milyondan çox azərbaycanlının və 400 min azərbaycanlı amerikalıların bu bayramı qeyd etdiyini, Cümhuriyyət qurucularının töhfələrini, Qafqaz regionunda və daha böyük bölgələrdə azadlıq və demokratiyanın yayılmasında rolunu vurğulayıb.

Sənəddə mayın 28-nin təkcə 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü olmadığı, eyni zamanda, bunun ABŞ ilə Azərbaycan arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib. Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi fəaliyyətini davam etdirir və başqalarını bəşəriyyət və demokratiyanın ümumi dəyərləri haqqında məlumatlandırır.

Sonda mer Kuper 2020-ci il mayın 28-ni Azərbaycan Respublika Günü elan edərək Hallandeyl şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.

Çıxışında C.Kuper Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə ABŞ-da yaşayan Azərbaycan icması və ölkəmizin ABŞ-dakı səfirliyinin birgə keçirəcəyi virtual tədbirə dəvətə görə təşəkkürünü bildirib və mer ofisinin iştirak etməkdən məmnun olacağını diqqətə çatdırıb.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.