Azərbaycanla Türkiyə arasında MÜHÜM SƏNƏD – Rüsumlar sıfıra endiriləcək

Azərbaycanla Türkiyə arasında MÜHÜM SƏNƏD – Rüsumlar sıfıra endiriləcək
22 May 2020 14:37


2019-cu ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur.

realpress.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.

Deputat qeyd edib ki, ötən il Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 33 faiz artaraq, 4,5 milyard dollara çatıb.

“Azərbaycanın ixracatında da Türkiyə çox mühüm yer tutur. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracı 36 faiz artaraq, 2,9 milyard dollar təşkil edib. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində müsbət saldoya malikdir. 2019-cu ildə bu saldo rekord səviyyədə artaraq 1,2 milyard dollara çatıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 8,5 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar investisiya yatırıb”, - deyə T.Mirkişili əlavə edib.

İclasda Azərbaycanla Türkiyə arasında bu ilin fevralın 25-də imzalanan preferensial ticarət sazişindən də söz açılıb. T.Mirkişili deyib ki, saziş Azərbaycanın qeyri-neft sektorunda ixracatının artmasında mühüm rol oynayacaq.

Bildirək ki, sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.

İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov isə söyləyib ki, sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunmasına hesablanıb.

Həmçinin, paratariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılması sazişdə əksini tapıb.

Sənədə əsasən, tərəflərin nümayəndələrindən ibarət Birgə Komitə təsis edilib. Bu komitə əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüş keçirəcək.

Saziş müddətsiz olaraq bağlanılıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.

Qeyd edək ki, saziş Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

14 Avq 2020
İqtisadiyyat

Azərbaycanda qaz hasilatı artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 20,632 mln ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

14 Avq 2020
İqtisadiyyat

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,33% artaraq 1 barelə görə 45,11 dollar təşkil edib.

14 Avq 2020
İqtisadiyyat

Avqustun 14-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 14 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

13 Avq 2020
İqtisadiyyat

Neftin qiyməti yenidən ucuzlaşdı

London birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 45,32 dollar təşkil edir.