Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə danışıb

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə danışıb
23 May 2020 09:27


Mayın 21-də İran tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və İran İslam Respublikasının Birinci vitse-prezidenti İshaq Cahangiri arasında telefon danışığı olub. 

Nazirlər Kabinetindən realpress.az-a verilən məlumata görə, telefon danışığı əsnasında koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə iki ölkə tərəfindən görülən uğurlu tədbirlərə dair məlumat mübadiləsi aparılıb. 

İran tərəfi pandemiyaya qarşı mübarizə məqsədilə göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib. 

Yükdaşımalarının fasiləsiz şəkildə həyata keçirilməsini təmin etmək üçün nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər xüsusi vurğulanıb. 

İran tərəfi pandemiya dövründə İran vətəndaşlarının Azərbaycan ərazisindən öz ölkələrinə qayıtmaları üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. İran tərəfi mayın 22-də daha 120 İran vətəndaşının Astara keçid məntəqəsindən öz ölkələrinə qayıtmaları barəsində məlumatlandırılıb. 

İran tərəfi Azərbaycanda məhkum olunan İran vətəndaşlarının humanizm prinsiplərinə əsaslanaraq ekstradisiyasının mümkünlüyünü nəzərdən keçirməyi bir daha xahiş edib. 

Telefon danışığı əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. 

1 May 2024
Siyasət

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə nitq söyləyib - YENİLƏNİB + FOTO/VİDEO

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

1 May 2024
Siyasət

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.

1 May 2024
Siyasət

Azərbaycan Özbəkistanla bir sıra sahələrdə əməkdaşlığı genişləndirəcək

Azərbaycanla Özbəkistan arasında hasilat, rəqəmsallaşma, turizm, infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin imkanları müzakirə edilib.