Bərdə sakinləri susuz qalıb: “Səkkiz gündür 60 ailə içməyə su tapmır” - FOTO/VİDEO + ŞİKAYƏT

Bərdə sakinləri susuz qalıb: “Səkkiz gündür 60 ailə içməyə su tapmır” - FOTO/VİDEO + ŞİKAYƏT
30 May 2020 13:59


Bərdə rayonunun Xanərəb kəndində sakinlər susuzluqdan əziyyət çəkirlər.

Bu barədə realpress.az-a kənd sakinləri tərəfindən məlumat verilib.

Yerli sakin iddia edir ki, səkkiz günə yaxındır kəndin bir hissəsində su yoxdur:

“Xanərəb kəndində 20-22 məcburi köçkün ailəsi yaşayır. Əvvəllər su ilə bağlı ciddi problemimiz olmayıb. Lakin bir ay ərzində artıq ikinci dəfədir ki, 60-70 ailənin həm içməli suyu yoxdur, həm də həyətyanı sahələrin suvarılması üçün istifadə etdikləri artezian quyusu işləmir. Daha əvvəl də quyudan suyun çıxarılmasında istifadə edilən nasoslarda probem yaranıb, amma qısa zamanda həll olunub. Ancaq bu dəfə Bərdə rayon Su Artezian idarəsi ilə əlaqə saxlasaq da, ayın sonuna kimi qeyri-iş günü olduğunu bildirərək, müraciətimizə baxılmadı.

İsti hava şəraitini nəzərə alaraq, nəinki həyətyanı sahələr və əkin sahələrinin suya tələbatı ödənilmir, əhali heç içməli su da tapa bilmir. Maşını olanlar 2-3 km məsafəyə - kəndin aşağı hissəsinə gedərək su gətirir. Digər ailələr isə bunu edə bilmir. 70 yaşlı insanlar çətinliklə su daşımalı olurlar. Su məsələsinə bir qədər həssas yanaşa bilərdilər. Axı hər hansı fövqəladə vəziyyətlə əlaqədar növbətçi işçilər idarədə olmalıdır”.

Kənd sakini şikayətində onu da qeyd edib ki, artezian quyusunun nasosu sökülərək aparılıb və onlara bir müddət gözləməli olacaqları bildirilib. 


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.