Olimpiya İdman Komplekslərinin fəaliyyətinə icazə verildi - RƏSMİ

Olimpiya İdman Komplekslərinin fəaliyyətinə icazə verildi - RƏSMİ
31 May 2020 14:35


Nazirlər Kabineti yanında operativ qərargahın 23 may 2020-ci il tarixli növbəti mətbuat konfransında açıq havada idman yarışlarının keçirilməsinin mümkünlüyü vurğulanıb.

realpress.az xəbər verir ki, bu açıqlamadan irəli gələrək Gənclər və İdman Nazirliyi məlumat yayıb:

“Gənclər və İdman Nazirliyinin balansında olan Olimpiya İdman Komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilir.

Federasiyalar tərəfindən Gənclər və İdman Nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, Nazirlər Kabineti yanında operativ qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların  verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilib.

İdmançıların regionlarda yerləşən Olimpiya İdman Komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydalarına (ezamiyyə icazəsi) əsasən aparılacaq”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.