Deputat nazirləri parlamentə çağırdı, bankların bağlanmasına qarşı çıxdı

Deputat nazirləri parlamentə çağırdı, bankların bağlanmasına qarşı çıxdı
02 İyun 2020 16:35


“Dövlət büdcəsi Maliyyə Nazirliyinin vəsaiti deyil. Amma iclasa yalnız maliyyə naziri gəlir və sualları cavablandırır”.

realpress.az-ın xəbərinə görə, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov 2019-cu ilin büdcəsinin icrası barədə sənədin müzakirəsi zamanı deyib. 

O bildirib ki, büdcə müzakirələrində digər aidiyyəti nazirliklər də iştirak etməlidir. 

“Elə məsələ var ki, ona digər hökumət üzvləri cavab verməlidirlər. Təklif edirəm ki, büdcə müzakirəsinə digər qurumların rəhbərləri də qatılsın. Məsələn, bank sektoru ilə bağlı elə suallar var ki, buna başqa aidiyyəti qurumlar cavab verə bilər”, - deyə V.Əhmədov əlavə edib. 

Deputat onu da söyləyib ki, Azərbaycanda bank sektoru ilə bağlı problemlər qalmaqdadır. O, bankların bağlanılmasına qarşı olduğunu da bildirib: 

“Bankları bağlamaqdansa, Mərkəzi Bank onların birləşdirilməsi yönündə qərarlar qəbul etməlidir. Azərbaycanda son vaxtlar bağlanan dörd bankda  (“Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”) 700 milyon manat əmanət var idi”. 


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.