Rusiyada uzun müddət yaşamaq istəyən miqrantlar üçün yeni QAYDALAR

Rusiyada uzun müddət yaşamaq istəyən miqrantlar üçün yeni QAYDALAR
05 İyun 2020 10:27


Rusiyanın Daxili İşlər Nazirliyi ölkə ərazisində uzun müddət qalmaq istəyən miqrantlar üçün yeni qaydalar haqqında məlumat yayıb.

“Komsomolskaya Pravda” xəbər verir ki, həmin şəxslər üçün hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə “Miqrant” mobil tətbiqi yaradılıb.

Miqrantlar şəkillərini, barmaq izlərini, olunduqları peyvəndlər və keçirdikləri xəstəliklər haqqında məlumatları, məhkumluq barədə arayışları, rəqəmsal profilləri və digər şəxsi məlumatları tətbiqə daxil etməlidirlər.

Nazirlikdən həmçinin bildirilib ki, mayın 30-da hökumət 2019-2025-ci illər üçün dövlət miqrasiya siyasəti konsepsiyasının 2020-2022-ci illərdə həyata keçirilməsi üçün tədbirlər planını təsdiqləyib.

Bunlar arasında miqrasiya sahəsində təhlükəsizliyin və qanunun aliliyinin təmin edilməsi, habelə əmək miqrasiyasının tənzimlənməsi mexanizmləri də var.

Nazirlik vahid informasiya platforması yaratmağı da planlaşdırır. Burada miqrantlar haqqında bütün məlumatlar öz əksini tapacaq.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.