Hakimlərə mübahisəli epizod zamanı topu əlinə götürmək qadağan edildi - Azərbaycanda

Hakimlərə mübahisəli epizod zamanı topu əlinə götürmək qadağan edildi - Azərbaycanda
05 İyun 2020 17:31


Azərbaycanda futbol hakimləri ilə bağlı 11 qayda qüvvəyə minib.

realpress.az onlardan maraqlı olanlarını təqdim edir:

- Oyundan öncə püşkatma zamanı yalnız baş hakim və komandaların kapitanları sosial məsafə qorunmaqla iştirak edə bilərlər.

- Elektronik lövhə dördüncü hakim tərəfindən qaldırılacaq. Dəyişiklik edən komandanın rəsmisi bunu tabloda qeyd etdikdən sonra yerli komandanın təyin etdiyi şəxs tərəfindən tablo dezinfeksiya edilir. Daha sonra hakim dəyişikliyi elan etmək üçün tablonu götürür.

- Mübahisəli top epizodunda hakim meydandakı topu əlinə götürməyəcək. Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top dördüncü hakimin yanında saxlanılmalıdır.

- Hakimlərin soyunub-geyinmə otağı dezinfeksiya edilməlidir və kənar kimsə oraya daxil ola bilməz (təxirəsalınmaz hadisə istisna olmaqla).

- Hakimlərin soyunub-geyinmə otağında əl üçün dezinfeksiyaedici vasitə yerləşdirilməlidir.

- Hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.

- Oyundan sonra olacaq matç protokolu hakimlər tərəfindən ev sahibi komandanın onlara verdiyi kompüter vasitəsiylə (dezinfeksiya edilmək şərti ilə) soyunub-geyinmə otağında tərtib ediləcək. Hakim hazırladığı protokolu otaqda yer alan printer vasitəsiylə özü çap etməlidir. Və yaxud komandalar tərəfindən hakimlərin gəlişindən öncə otaqda yerləşdirilməlidir.

- Hakim otağına sərinləşdirici içkilər və soyuq qəlyanaltılar meydan sahibi klub tərəfindən qoyulur. 

26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.