Elçin Quliyev Ermənistanla sərhəddə xidməti-döyüş fəaliyyətinin təşkilini yoxladı - FOTO

Elçin Quliyev Ermənistanla sərhəddə xidməti-döyüş fəaliyyətinin təşkilini yoxladı - FOTO
23 İyun 2020 16:49


Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə, yeni yaradılmış döyüş möv­qe­lərinə və məntəqələrinə, yeni salınmış yollara və qoruyucu sədlərə baxış keçirilib.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili, zəruri sərhəd mü­hafizə və müdafiə infrastrukturunun təkmilləş­dirilməsi, hərbi hissələrin və qarni­zon­ların tikintisi üzrə görülən işlər nəzərdən keçi­rilib, döyüş hazırlığının yük­səldilməsi, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi istiqa­mətində zəruri göstərişlər verilib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.