UEFA Çempionlar Liqasında 2020/21-ci illər mövsümünün I təsnifat mərhələsinin püşkünün nə vaxt atılacağına aydınlıq gəlib.
realpress.az xəbər verir ki, püşkatma mərasimi avqustun 9-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycanı bu yarışda “Qarabağ” klubu təmsil edəcək. 8-11 avqustda ilkin mərhələnin oyunları keçiriləcək. “Qarabağ” isə mübarizəyə 18-19 avqust tarixlərində qoşulacaq. Bu mərhələlərdə oyunlar bir matçdan ibarət olacaq.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.