“Sumqayıt” avrokubok matçlarını harada keçirəcək?

“Sumqayıt” avrokubok matçlarını harada keçirəcək?
24 İyun 2020 18:03


“Sumqayıt” klubu UEFA Avropa Liqasındakı ev oyunlarını doğma stadionunda keçirəcək.

Bunu realpress.az-a klubun prezidenti Riad Rəfiyev deyib:

“Sumqayıtdakı “Kapital Bank Arena” UEFA Avropa Liqasının standardlarına cavab verir. Biz nəinki birinci, mərhələ adlasaq, ikinci təsnifat mərhələsinin oyununu da burada keçirə bilərik. Stadionumuz həmin mərhələlər üçün irəli sürülən tələblərə uyğundur”.

R.Rəfiyev transfer siyasətində hələ ki, fəal olmamalarını belə izah edib:

“Bizim siyasətimiz olduğu kimi qalacaq. Yenə yerli futbolçulara üstünlük verəcəyik. Klubda büdcənin artırılıb-artırılmayacağı daha sonra bilinəcək. Biz hazırda daha çox sərhədlərin açılmasını gözləyirik. Çünki xaricdə yaşayan azərbaycanlı futbolçularla danışıqlar aparırıq. Yeni transferlərimiz arasında yenə xaricdə top qovan həmyerlilərimiz olacaq”.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.