Bakıdakı yarış üçün hazırlanmış medallar İsveçdə təqdim oluna bilər

Bakıdakı yarış üçün hazırlanmış medallar İsveçdə təqdim oluna bilər
01 İyul 2020 12:13


Bu ilin martında Bakıda keçirilməli olan, lakin koronavirus pandemiyasına görə ləğv olunan karate üzrə Avropa çempionatının medalları xatirə kimi təqdim olunacaq.

Bunu realpress.az-a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

“Avropa çempionatı üçün sifariş etdiyimiz qızıl, gümüş və bürünc medallara görə zərərə düşdük. Ancaq onlardan səmərəli istifadə etmək lazım olduğunu düşünürük. Buna görə də, gələn ilin martında Premyer Liqa yarışı kimi keçirəcəyimiz Baku Open turnirində həmin medalları qaliblərə əsas medallara əlavə xatirə suveniri kimi təqdim etmək istəyirik.

Düzdür, Baku Open turniri Premyer Liqa olacağından, burada tək Avropadan yox, digər qitələrdən də karateçilər yarışacaq. Bu səbəbdən bəlkə həmin yarışda medalları qeyri-avropalı karateçilərə verməyimiz düzgün olmaz.

Başqa variant kimi, gələn il İsveçin Geteborq şəhərində keçiriləcək Avropa çempionatında medalları suvenir kimi təqdim edə bilərik. Artıq bu barədə Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinosa da məlumat vermişəm. O, bu təklifi yaxşı qarşılayıb”.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.