Koronavirusdan ölümə gətirib çıxaran əsas səbəb açıqlandı

Koronavirusdan ölümə gətirib çıxaran əsas səbəb açıqlandı
07 İyul 2020 15:30


Qanda fon Villebrand faktorunun yüksək olması COVID-19-a yoluxan xəstələrdə ağırlaşmalara və ölümə gətirib çıxaran əsas səbəbdir.

Rusiyalı alimlərin bununla bağlı araşdırmaları qısa şəkildə “MedicalXpress”də dərc olunub.

Mütəxəssislərin fikrincə, SARS-CoV-2 virusunun çoxalması qan damarlarının divarlarına ziyan vurur, bunun nəticəsində fon Villebrand faktoru sərbəst qalır. Nəticədə, tromboz riski, dolayısı ilə insult təhlükəsi və qan dövranı sistemində digər pozğunluqlar artır. Yeni tip koronovirusdan ölümlərin əksəriyyəti məhz qan laxtalanmasının həddən çox olması ilə əlaqədardır.

Xəstəliyin ağır formasının yüksək miqdarda faktorlarla əlaqələndirilməsi koronavirusa yoluxan bəzi pasiyentlərin özlərini normal hiss etmələrinin, digərlərinin isə ağciyərlərin süni ventilyasiyası cihazına qoşulmasının səbəbini izah edir.

Sözügedən zülalın səviyyəsi və fəaliyyəti ayrı-ayrı insanlarda müxtəlif cür dəyişir. Məsələn, kişilərdə qadınlara nisbətən daha çox miqdarda olur, həmçinin yaşın artması ilə onun səviyyəsi yüksəlir.

SARS-CoV-2-nin qan damarlarının daxili səthini örtməklə hüceyrələri zədələdiyinə dair artan sübutlar var. Bu vəziyyətdə damarların və kapilyarların lokal iltihabı inkişaf edir. Kəskin respirator-distress sindrom da fon Villebrand faktoru ilə əlaqələndirilə bilər.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.

26 Apr 2024
Dünya

Afinada yüzlərlə bomba aşkarlanıb - FOTO

Yunanıstanın paytaxtı Afinada keçmiş “Ellinikon” hava limanının yerində aparılan işlər zamanı İkinci Dünya Müharibəsindən qalmış yüzlərlə bomba aşkar edilib.