İranda koronavirusdan sutka ərzində 221 nəfər ölüb

İranda koronavirusdan sutka ərzində 221 nəfər ölüb
09 İyul 2020 15:49

İranda koronavirusa yoluxanların və ölənlərin sayı hər ötən gün daha da artır.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lariyə istinadla xəbər verir ki, son sutka ərzində 2079 nəfər virusa yoluxub, 221 nəfər isə vəfat edib. Bununla da yoluxanların ümumi sayı 250 min 458-ə, ölənlərin sayı isə 12 min 305 -ə çatıb. Eyni zamanda, xüsusi xəstəxanalarda müalicə alan 212 min 176 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada müalicəsi davam edən 3324 nəfərin vəziyyəti ağır olaraq qalır. Bu isə onu deməyə əsas verir ki, ölüm halları hələ bir müddət davam edəcək.

Mətbuat katibi nəzərə çatdırıb ki, İranın Şərqi və Qərbi Azərbaycan, Kürdüstan, Xorasan, Elam, Kirmanşah və Buşəhər vilayətlərində vəziyyət daha ağırdır.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.