Ombudsman Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib - FOTO

Ombudsman Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib - FOTO
01 Avq 2020 15:15


İyulun 31-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası (AŞ) və Avropa İttifaqının (Aİ) “Ayrı-seçkiliklə mübarizə üzrə vətəndaş cəmiyyəti institutları və ümumilikdə ombudsman institutları və vətəndaş cəmiyyətləri arasında əməkdaşlığa dair müsbət təcrübələr” mövzusunda birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib. 

Bəhs olunan tədbir hər iki beynəlxalq qurumun “Şərq Tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihəsi çərçivəsində həyata keçirilib. Onlayn tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, AŞ Bakı Ofisi rəhbərinin müavini, Ombudsman Aparatının əməkdaşları, Gürcüstan və Ukraynadan olan, ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyət göstərən ekspertlər, o cümlədən yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.  

Tədbirdə Müvəkkil Səbinə Əliyeva COVİD-19 pandemiyasının bəşəriyyət üçün ciddi təhdid olduğunu diqqətə çatdırıb. Ombudsman pandemiya dövründə ilk günlərdən əhalinin həssas qruplarının - əlilliyi olan şəxslərin, miqrantların və uşaqların hüquqlarının müdafiəsi məqsədilə müvafiq dövlət qurumlarına müraciət ünvanladığını bildirib. Vurğulanıb ki, pandemiya dövründə Ombudsman təsisatı bölgələrdə insan hüquqlarının vəziyyətini diqqətdə saxlamaq məqsədilə mütəmadi olaraq onlayn görüşlər keçirib. Eyni zamanda, Ombudsmanın regional mərkəzlərinin əməkdaşlarının yerli icmaların və milli azlıqların  nümayəndələri ilə görüşləri olub.

Müvəkkil cari ilin əvvəlində Ombudsman təsisatının AŞ və Aİ ilə birgə əməkdaşlığı çərçivəsində Qubada Ombudsman institutunun mərkəzi ofisinin və onun regional mərkəzlərinin əməkdaşları ilə yanaşı, rayonda yaşayan milli azlıqların nümayəndələrinin də  iştirak etdiyi “Azərbaycan Ombudsmanının regional nümayəndələri üçün təcrübədə ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim seminarı” adlı təlim-seminar keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, bəhs olunan təlim-seminarın nəticələri Avropa Şurasının nümayəndələri ilə onlayn qaydada müzakirə edilib. 

Səbinə Əliyeva vurğulayıb ki, Ombudsman təsisatının yeddi əməkdaşı müvafiq sahədə bilik və təcrübələrinin artırılması məqsədilə Avropa Şurasının müvafiq mövzuda onlayn kurslarına cəlb edilib və beynəlxalq ekspertlərin təcrübələrindən faydalanıb. 

QHT və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edən Ombudsman Azərbaycanın tarixən multikultural dəyərlərə önəm  verdiyini, ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən və digər əlamətlərindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələrinin daim tolerant mühitdə yaşadıqlarını, eyni hüquq və azadlıqlara malik olduqlarını bildirib. Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikasının Ombudsman haqqında Konstitusiya Qanununa əsasən, nəinki ölkə vətəndaşları, hətta əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, o cümlədən hüquqi şəxslər də Müvəkkilə müraciət edə bilər.  

Ombudsman, həmçinin pandemiya dövründə hərbi münaqişələrdən çəkinmək, silahları susdurmaq kimi çağırışlar edən BMT-nin Baş Katibi cənab Antonio Guterreşin bəyanatını xatırladaraq 12 iyul tarixindən başlayaraq Ermənistan hərbi qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar nəticəsində mülki şəxsin və hərbi qulluqçularımızın həlak olduğunu, bunun isə Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymadığını bir daha göstərdiyini bildirib.  Müvəkkil baş vermiş bu təxribatın nəticələrinin, pozulmuş insan hüquqlarının yerində araşdırılması məqsədilə Tovuz rayonuna səfər etdiyini, aparılmış monitorinqin nəticələri əsasında hazırlanmış hesabatın müvafiq beynəlxalq təşkilatlara və xarici ombudsmanlara ünvanlandığını bildirib. Müvəkkil, eyni zamanda, ermənilərin ABŞ və Avropa ölkələrinin müxtəlif şəhərlərində azərbaycanlı dinc aksiyaçılara qarşı törətdikləri təxribat xarakterli hücumlara etiraz məqsədilə bəyanatla çıxış etdiyini diqqətə çatdırıb. 

Tədbir vətəndaş cəmiyyəti institutları və Ombudsman təsisatı arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda interaktiv müzakirələrlə davam edib və Müvəkkil ona ünvanlanmış sualları cavablandırıb. 


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

26 Apr 2024
Siyasət

İlham Əliyev Füzulidən Berlinə getdi - FOTO/VİDEO

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.

26 Apr 2024
Siyasət

Azərbaycan və Qazaxıstan birgə hərbi təlimlər keçirəcəklər - FOTO/VİDEO

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini - Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.