Nazir: “Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır”

Nazir: “Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır”
04 Avq 2020 18:06

İqtisadi proqnozla bağlı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən ssenarilər təqdim olunub".

 bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, cari ilin dövlət büdcəsinin dürüstləşməsi ilə bağlı məsələləri proqnozlaşdırmaq bir qədər rahat idi.

"Yadınızdadırsa, aprel-may aylarında neftin qiyməti 13-20 dollar arasında dəyişirdi. Təklif tələbi həmin dövrdə kəskin surətdə üstələmişdi. Sonra neft bazarında ticarət müharibəsi səngiməyə başladı. Bunun nəticəsidir ki, neft qiymətlərinin sabitləşməsi prosesi başladı. Lakin bununla belə, İqtisadiyyat Nazirliyi tərəfindən 35 dollar ssenarisi əsas götürülüb. Bu, kifayət qədər əsaslıdır və güman edirik ki, özünü doğruldacaq", - deyə S. Şərifov vurğulayıb.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.