İlham Əliyev: “Bütün layihələr uğurla icra edilir”

İlham Əliyev: “Bütün layihələr uğurla icra edilir”
10 Avq 2020 16:57

Deyə bilərəm ki, bütün layihələr uğurla icra edilir. Bu gün bu barədə mənə kiçik təqdimat edildi”.

 bunu Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

O qeyd edib ki, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlər plan üzrə gedir. “Burada inşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənməsi artıq reallıqdır. Bildiyiniz kimi, kontraktın müddəti uzadılıb və Azərbaycan bundan böyük fayda götürür, bizə bir neçə milyard dollar dəyərində bonus ödənilib”.

Prezident bildirib ki, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarında hasilatın sabit saxlanması əlbəttə ki, bizim üçün vacib məsələdir. Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan ictimaiyyəti onu da bilməlidir ki, bizim qaz potensialımızın önəmli hissəsi “Azəri”, “Çıraq” və “Günəşli” yataqları hesabına formalaşır. “Çünki orada hasil olunan qaz ümumi sistemimizə daxil edilir. Ona görə “Azəri-Çıraq-Günəşli” ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir.

Eyni zamanda, “Şahdəniz-2” layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiyiniz kimi, “Şahdəniz-2”nin tammiqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaqdır.

Dövlət başçısı məlumat verib ki, gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. O qeyd edib ki, “Abşeron” yatağının işlənilməsinin iki mərhələsi olacaqdır: “Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz “Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir.

“Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var. Əlbəttə, qazma işləri ehtiyatların dəqiq həcmini göstərəcək. Ancaq yadımdadır ki, hələ Neft Şirkətində işlədiyim dövrdə bizim mütəxəssislər orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd etmişdilər. Hər halda, hesab edirəm ki, qazma işləri yaxın gələcəkdə başa çatacaq və bu haqda daha dəqiq məlumat olacaqdır.


26 Apr 2024
Siyasət

Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”

“Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir”.

26 Apr 2024
Siyasət

Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”

“Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”

“Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək”.