Avqustun 12-də 2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbul üçün elektron qeydiyyat başlayır.
İdarədən verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə şagird qəbulu üçün ərizələrin elektron qeydiyyatı sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) sy.edu.az elektron sisteminə daxil olaraq müvafiq bölmədə özü və övladı haqqında tələb olunan məlumatları qeyd etməli, şəxsi səhifə yaratmalı və istədiyi liseyə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat 20 avqust tarixində başa çatacaq.
Qeydiyyatdan keçirilmiş şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.
Müsabiqənin 25 avqust tarixində təşkil olunması nəzərdə tutulur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.