Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tətbiq olunduğu Bakı və Sumqayıt şəhərlərindən, eləcə də, digər rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla Quba rayonuna istirahətə gedən şəxslər barəsində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində, eləcə də, rayon ərazisində yerləşən istirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozan yeddi nəfər aşkarlanıb.
Qaydaları pozan Bakı şəhər sakinləri Əlibəy İbrahimov, Kamran Novruzov və Fuad Səfərzadə, Sumqayıt şəhər sakinləri Nəcəf Nəcəfzadə, Sərkar Bayramov və Mayıl Hüseynov, Şamaxı rayon sakini Qiyas Qiyasov barəsində şöbə əməkdaşları tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub, həmin şəxslər inzibati qaydada cərimələniblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.