102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı

102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı
13 Avq 2020 09:42


Yeni Zelandiyada uzun müddətdən sonra yenidən koronavirus aşkarlanıb.

ölkənin Baş naziri Casinda Ardern 102 gün sonra ilk dəfə dörd nəfərdə koronavirusa yoluxduğunu deyib.

Virusa yoluxan dörd nəfərin hamısı eyni ailənin üzvləridir və Yeni Zelandiyadan kənara çıxmayıblar.

Virusun aşkarlandığı Oklend şəhərində qadağalar yenidən tətbiq olunmağa başlayacaq.

Yeni məhdudiyyətlərə əsasən, bəzi müəssisələr, o cümlədən restoranlar və zəruri olmayan mağazalar bağlanacaq. İnsanlara evlərini yalnız ərzaq alış-verişi kimi əsas ehtiyaclarını ödəmək üçün tərk etməyə icazə veriləcək.

Məktəblərdə təhsilin üç gün müddətinə dayandırılacağı bildirilib.

Fevralın 28-də virusa ilk yoluxma hadisəsi qeydə alınandan sonra ölkə daxilində aparılan 494 481 testin nəticələrinə görə, COVID-19 diaqnozu qoyulan 1 569 nəfərdən 1 524-ü sağlalıb, 22-si ölüb.

Rəsmi məlumatlara görə, ölkədə aktiv olan 23 yoluxma hadisənin hamısı xaricdən qayıdanlarda müşahidə edilib. Xəstəxanalarında koronavirusdan müalicə alanların olmadığı ölkədə bütün aktiv xəstələr hotellərdə karantində saxlanılır.

Son məlumatlara görə, 5 milyon 11 min əhalisi olan ölkədə cəmiyyətdə sonuncu dəfə 102 gün əvvəl, mayın 1-də koronavirusa yoluxma halı qeydə alınıb.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.