Publik hüquqi şəxs olacaq peşə təhsil mərkəzlərinin sayı artırılacaq

Publik hüquqi şəxs olacaq peşə təhsil mərkəzlərinin sayı artırılacaq
13 Avq 2020 10:14

Bu il ərzində bir sıra peşə təhsil mərkəzinin publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi planlaşdırılıb.

bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.

Onun sözlərinə görə, bunlar əsasən regionlarda aparılmış optimallaşdırmanın nəticəsi olaraq yaradılan müəssisələrin bazasında fəaliyyət göstərən peşə təhsil müəssisələri olacaq.

P.Yusifov qeyd edib ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq 55 peşə təhsili müəssisəsinin bazasında 24 peşə təhsil mərkəzi yaradılıb. Agentlik direktoru əlavə edib ki, 24 peşə təhsil mərkəzinin mərhələli olaraq publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi nəzərdə tutulub. İlkin olaraq 2019-cu ildə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, bu il isə 4 müəssisə publik hüquqi şəxs statusu alıb. Onların 3-ü Bakı şəhərində, 1-i isə Sumqayıtda fəaliyyət göstərir.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.