Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTO

Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTO
13 Avq 2020 11:51


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin bir sıra məzunları buraxılış imtahanlarında yüksək nəticə göstəriblər.

İdarədən verilən məlumata görə, iyulun 23-ü və 24-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 70 nömrəli məktəb-liseyin məzunu Ağakərimova Aydan Şahbala qızı, 213 nömrəli məktəb-liseyin məzunu Qardaşəliyeva İlahə Şahgül qızı, 229 nömrəli tam orta məktəbin məzunu Rəfiyeva Nəzrin Bənamil qızı, 247 nömrəli tam orta məktəbin məzunu Mirzəyeva Günay Şaiq qızı, 271 nömrəli tam orta məktəbin məzunu Məhərrəmli Nərgiz Eldar qızı və 305 nömrəli tam orta məktəbin məzunu Lalayev Fərid Cəmil oğlu 297 bal toplayıblar.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən dörd açıq və 26 qapalı, riyaziyyat fənnindən dörd açıq, səkkiz kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən dörd açıq və 26 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub.

Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.