Qarabağ veteranı dənizdə batan ana və qızını xilas etdi - FOTO

Qarabağ veteranı dənizdə batan ana və qızını xilas etdi - FOTO
13 Avq 2020 12:34


Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali DRES bölgəsindəki “Mayak” çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas edib.

Ali Məktəbdən verilən məlumata görə, Pyotr Kuvşinov güclü küləyə və yorulmasına rəğmən, həyat yoldaşının köməyi ilə batmaqda olan ana və qızını xilas edə bilib.

Köməyə üç nəfərin ehtiyacı olsa da, güclü şimal küləyi onları sahildən xeyli uzaqlaşdırdığından ailə başçısını xilas etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təəssüf ki, onu xilas edə bilməyiblər.

Qeyd edək ki, Pyotr Kuvşinov su polosu üzrə idman ustası, eləcə də Qarabağ müharibəsi veteranıdır. O, son illər ölkəmizdə keçirilən qlobal idman tədbirlərində də təcrübəli məşqçi kimi iştirak edib.

Belə ki, Birinci Avropa Oyunlarında texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında Su Polosu üzrə Azərbaycan Milli komandasının məşqçisi kimi sertifikatlara da layiq görülüb. 

1992-ci ildə Qarabağ uğrunda Vətən müharibəsinə könüllü olaraq qoşularaq, 1996-cı ilə qədər erməni işğalçılarına qarşı igidliklə vuruşan Pyotr Kuvşinov ağır yaralanaraq ordudan tərxis olunub.

O,  bu gün də bədənində düşmən güllələrinin qəlpələrini gəzdirir. İki il əvvəl xərçəng diaqnozu qoyulan Pyotr Kuvşinov 12 kimyaterapiya müalicəsi aldıqdan sonra 63 yaşında xəstəliyə qalib gələ bilib.

O, iki illik reabilitasiyadan sonra ilk dəfə istirahət etmək üçün çimərliyə üz tutub və özünü təhlükəyə atmasına baxmayaraq,  insanların həyatını xilas etməyə nail olub.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.