Azərbaycan İdman Akademiyasında güləş zalı istifadəyə verilib

Azərbaycan İdman Akademiyasında güləş zalı istifadəyə verilib
23 Sent 2020 12:16


Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) yenilənmiş güləş zalı istifadəyə verilib.

realpress.az-ın müxbirinin tədbirdən verdiyi xəbərə görə, yenidən qurulan güləş zalının açılışında Gənclər və İdman naziri Azad Rəhimov, ADBTİA-nın rektoru Fuad Hacıyev və Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev iştirak edib.

Güləş zalında bu yaxınlarda dünyasını dəyişmiş, ADBTİA-nın “İdmanın təhlükəsizlik növləri” kafedrasının sabiq müdiri, professor Xanlar Qurbanovun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb, xatirə lövhəsi asılıb.

Qeyd edək ki, Xanlar Qurbanov beynəlxaq dərəcəli hakim, SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti və Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti olub.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.