Lavrov: “Beş rayonun geri qaytarılmasının tərəfdarıyıq”

Lavrov: “Beş rayonun geri qaytarılmasının tərəfdarıyıq”
23 Sent 2020 14:30


Rusiya ATƏT-nin Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirdiyi görüşdə belə bəyanat səsləndirib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir.

“Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prossesində işğal olunmuş beş rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”, - deyə S.Lavrov əlavə edib.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.