Deputat İlham Əliyevin Yüksək Səviyyəli İclasdakı çıxışını şərh etdi

Deputat İlham Əliyevin Yüksək Səviyyəli İclasdakı çıxışını şərh etdi
23 Sent 2020 17:45


Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib.

Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev realpress.az-a açıqlamasında deyib.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın multikultural dəyərlərin, beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun təşviqi və gücləndirilməsi istiqamətində səylərindən bəhs edib.

Dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət edilməsinə və beynalxalq əməkdaşlığa əsaslanan dayanıqlı inkişafa olan ehtiyacını xüsusi vurğulayıb.

Dövlət başçısı, Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində olan fundamental rolunu da qeyd edib. 

M.Əfəndiyev xatırladıb ki, İlham Əliyev, Azərbaycan Prezidenti kimi Dağlıq Qarabağ məsələsinə toxunub:

“BMT Nizamnaməsinin öhdəliklərini və BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnaməni heçə sayaraq, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan işğalçı Ermənistan dövlətinin Azərbaycanın suverenliyinə və regionun təhlükəsizliyinə qarşı yaratdığı təhdid sessiya iştirakçılarının nəzərinə bir daha çatdırılıb.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin təcavüzkar Ermənistanın təxribat xarakteri daşıyan “Qarabağ Ermənistandır” bəyanatı vasitəsilə pozulması faktı da xüsusi qeyd olunub”, - deyə M.Əfəndiyev əlavə edib. 

O bildirib ki, ölkə başçısı Azərbaycanın multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq, güclü dəstək verəcəyini, hazırkı müzakirələrin fəal iştirakçısı olacağına əmin olduğunu söyləyib. 

Deputat iqlim dəyişikliyi, iqtisadi inkişaf, koronavirus pandemiyası, biomüxtəliflik və Pekin Bəyannaməsinin 25-ci ildönümünün, bu fəaliyyət çərçivəsində məsələlərin müzakirəsinin 75-ci Sessiyasının əsas gündəliyini təşkil etdiyini də bildirib.

Millət vəkilinin fikrincə, BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasını xüsusi edən əsas məqamlardan biri ona məhz türk diplomat Volkan Bozkırın sədrlik etməsidir.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.