Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib
01 Okt 2020 09:17


Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı törətdiyi və bu gün də davam edən növbəti hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumat verərək qeyd edib ki, sentyabrın 27-də Ermənistan tərəfinin qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizi, hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində 14 mülki şəxsimiz və hərbi qulluqçularımız həlak olublar. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və Minsk qrupunun rəhbərliyi də bunu bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır, hərbi cinayətdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan baş naziri hələ sentyabrın 27-si hərbi toqquşmalar baş verməzdən əvvəl on minlərlə könüllüdən ibarət hərbi birləşmələrin yaradılması barədə qərar vermişdi. Bu, Ermənistanın növbəti təcavüzə hazırlaşması mənası daşıyırdı.

Dövlətimizin başçısı Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyətin Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

26 Apr 2024
Siyasət

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”

“Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir”.

26 Apr 2024
Siyasət

Prezident: “Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”

“2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 giqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 giqavata qədərdir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI

“Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb”.

26 Apr 2024
Siyasət

İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.