Moldova portalı İlham Əliyevin müraciətindən yazdı

Moldova portalı İlham Əliyevin müraciətindən yazdı
01 Okt 2020 15:37


Moldovanın “TİMPUL” informasiya portalında “İlham Əliyev erməni xalqına müraciət etdi: “Erməni əsgəri Azərbaycan torpaqlarında nə edir?” adlı xəbər dərc edilib.

AZƏRTAC-a istinadən yayımlanan məqalədə Azərbaycan Prezidentinin sözlərindən sitat gətirilir:

“Mən erməni xalqına müraciət edirəm və söyləmək istəyirəm ki, onlar rəhbərliklərinin çirkli əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər”, - deyə portal yazır. 

“Erməni əsgəri Azərbaycan torpaqlarında nə edir? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik.

Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan ordusu uğurlu əməliyyat keçirərək, strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq.

Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, bir milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir.

Biz tarixi ədaləti bərpa edirik! Qarabağ - bizim doğma, əzəli, tarixi torpağımızdır”.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://timpul.md/ru/articol/Ilkham-Aliyev-obratilsya-k-armyanskomu-narodu---Chto-delayet-armyanskiy-soldat-na-zemlyakh-Azerbaydzhana-160136.html

10 May 2024
Siyasət

İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub.

10 May 2024
Siyasət

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

10 May 2024
Siyasət

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib.

10 May 2024
Siyasət

İqtisadiyyat Nazirliyi Heydər Əliyevin xatirəsini yad edib - FOTO

Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

10 May 2024
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.