Türkiyədə Azərbaycan mənşəli atlet Ramil Quliyev Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı açıqlamalar verib.
30 yaşlı idmançı Azərbaycan torpaqlarının 20 faizini əhatə edən Qarabağın 30 ildir Ermənistanın işğalı altında olduğunu xatırladıb:
“Biz azərbaycanlılar 30 ildir torpaqlarımızı geri qaytarmaq həsrəti ilə yaşayırıq. İndi ən təbii haqqımız olan müdafiə haqqımızdan istifadə edərək təcavüz altında olan torpaqlarımızı işğaldan azad edirik. Bu mübarizə haqq mübarizəsidir, bu yol haqq yoludur. İnşallah, bu yolun sonunda ölkəmizi qələbə gözləyir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə-Azərbaycan”.
Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.
Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.