Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”

Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
16 Okt 2020 16:38


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında zəfər yürüşü davam edir.

bunu polkovnik Elşad Əbilov işğaldan azad olunmuş ərazilərdə jurnalistlərə açıqlamasında deyib.

Polkovnik bildirib ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlıların yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub, mülkü şəxslər arasında ölən və yaralananlar olub:

“Azərbaycan ordusu buna cavab olaraq əks-hücum əməliyyatlarına başlayıb. Artıq bir neçə yaşayış məntəqəsi erməni işğalından azad olunub. Uğurlu əməliyyatlar davam edir. Azərbaycan ordusunda yüksək nizam-intizam və ruh yüksəkliyi var. Əsgər və zabitlərimiz torpaqları işğaldan azad etmək üçün canından, qanından keçməyə hazırdır. Bunu düşmən yaxşı bilir. Döyüşlər davam edir. Uğurlarımız var, bu belə də davam edəcək”.

E. Əbilov qeyd edib ki, humanitar atəşkəs olmasına baxmayaraq, Ermənistan ordusu yaşayış məntəqələrini və mülkü əhalini atəşə tutmağa davam edir.

23 Okt 2020
Hərbi

Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - FOTO/VİDEO

Son zamanlar sosial şəbəkələrdə Azərbaycanın işğal altında olan torpaqları uğrunda apardığı əks-hücum əməliyyatları ilə bağlı çox sayda foto və videolar paylaşılır.

23 Okt 2020
Hərbi

Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikasının məhv edilməsnin görüntülərini yayıb.

23 Okt 2020
Hərbi

Azərbaycan səni unutmayacaq: “Aprel döyüşləri”nin əfsanəvi qəhrəmanı - VİDEO

Qubadlının azadlığı uğrunda şəhid olan Milli Qəhrəman, polkovnik-leytenant Şükür Həmidovla bağlı iki il əvvəl “Aprel yüksəkliyi” sənədli filmi çəkilib. 

23 Okt 2020
Hərbi

Azərbaycan əsgəri sərhədə uzanan əlləri “kəsir”: “Qara bölgə”dəki “narkotik yuvası” dağıdılır - TƏHLİL

Ötən gün müzəffər Azərbaycan ordusu Zəngilanın 13 kəndini və Ağbənd qəsəbəsini işğaldan azad edib.